Kiyev: “Ukrayna Rusiyanı neytrallaşdırır” | VİDEO

   Kiyev: “Ukrayna Rusiyanı neytrallaşdırır”    | VİDEO
  07 İyul 2025    Oxunub:1306
Ukrayna hətta NATO-nun üzvü olmadan uzun müddətdir ki, Şimali Atlantika Alyansının Rusiyanı neytrallaşdırmaq üzrə strateji konsepsiyasını müstəqil şəkildə həyata keçirir.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermakın Ukraynanın NATO-dakı missiyasının rəhbəri Alyona Getmançukla birlikdə “The Hill” qəzetinə yazdığı məqalədə belə deyilir.

Onların fikrincə, NATO qoşunlarını bu işə cəlb etməyən Ukrayna uzun müddətdir ki, blokun müttəfiqlərinin təhlükəsizliyinə “ən əhəmiyyətli və birbaşa təhdid” kimi qiymətləndirilən Rusiyanın zərərsizləşdirilməsi ilə məşğuldur.

Kiyev və Tbilsi NATO-dan vəd almayacaq | VİDEO
“NATO-nun yeni Avro-Atlantik reallığa uyğunlaşması davam edir. Avropa daha çox məsuliyyət götürməli, daha çox təşəbbüs göstərməli və həqiqətən öz müdafiə qabiliyyətini artırmağa başlamalıdır. Münaqişədən “möhkəmlənən” Ukraynanın da daxil olması prosesi sadələşdirəcək və sürətləndirəcək”, - məqalədə vurğulanır.

Xatırladaq ki, Ukrayna 2022-ci ilin sentyabrında NATO-ya sürətləndirilmiş üzvlük üçün müraciət edib. Lakin alyansa üzv olan bir sıra ölkələr bunun əleyhinədir. Xüsusilə, ABŞ Ukraynanın NATO-ya üzvlüyünə veto qoyub. Amerika prezidenti Donald Tramp hesab edir ki, bu, mümkünsüz və yersizdir.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   Rusiya   NATO  



Xəbər lenti